Menu

Tovuz sakini minaya düşüb - YENİLƏNİB

27.05.2023, 09:22
Tovuz sakini minaya düşüb - YENİLƏNİB

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

***

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol