Mayın 25-də işğalçı ordunun sıralarına yeni qatılmış 20-dək məhbus cəbhə xəttini qoyaraq, onlara verilmiş silahlarla birgə qaçıblar.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Ordusu Baş Qərargahının yayımladığı yeni hesabatda belə deyilir.
Məlumatda qeyd olunur ki, qısa hazırlıq mərhələsi keçmiş məhbuslar Luqansk vilayətinin Svatovo rayonu istiqamətindəki mövqelərə cəlb olunublar. Lakin keçmiş məhbuslar döyüş xətinə çatar-çatmaz bir hərbi “Kamaz” avtomobilini oğurlayaraq, döyüş bölgəsindən uzaqlaşıblar.
Xəbərdə bildirilir ki, Rusiyanın müvafiq orqanları fərari məhbusların axtarışına başlayıblar. Ancaq hələlik onların yerini müəyyən etmək mümkün olmayıb.
“AzPolitika.info”


Şərhlər