“İrəvan bu halda Qarabağdakı erməniləri Ermənistana köçürəcək...” - Paşinyan nə deyib?

Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın öz partiyadaşları ilə Qarabağdakı ermənilərin gələcəyinə dair söhbəti dərc edilib.

“AzPolitika.info” xəbər verir ki, “Hraparak” qəzetində dərc olunan yazıda Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra Qarabağda qalan azsaylı erməni əhalisinin taleyilə bağlı Paşinyanın proqnozları olduğu iddia edilən fikirlər yer alıb.

Parlamentdəki hakim fraksiyada olan mənbələrinə istinad etdiyini bildirən “Hraparak” yazır ki, Paşinyanın mövqeyi belədir: “Azərbaycanın tərkibində yüksək muxtariyyət, hansı ki, bu, Qarabağıdakı ermənilərin kifayət qədər dövlət səlahiyyətlərinin olması və Bakıya təhlükə yaratmamasını nəzərdə tutur. Yəni, onun ordusu olmalı deyil”.

Qəzetin yazdığına görə, Paşinyan hakim “Vətəndaş müqaviləsi”-ndəki partiyadaşları ilə söhbətində digər mümkün variantları da nəzərdən keçirib: “Paşinyan hesab edir ki, əgər Azərbaycan Qarabağda qalan ermənilərin hüquqlarını göz ardı etsə və onların təhlükəsizliyini təmin etməsə, onlar Rusiyaya birləşdiyini elan edə bilər. Ən pis variantda isə əgər Qarabağda qalan ermənilərinin başı üzərində təhlükə yaranarsa, Ermənistan hakimiyyəti onların Ermənistana köçürülməsini təmin edəcək”.

“Hraparak”-ın öz mənbələrinə istinadla yazdıqlarının nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Ancaq hər halda, Ermənistanda kifayət qədər populyar olan bu qəzetin paylaşdığı məlumatdan belə aydın olur ki, Pşainyan doğrudan da Qarabağdan və oradakı erməni əhalisindən canını qurtarmağa, yaranacaq hər hansı problemi isə Rusiyanın üzərinə atmağa çalışır...

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar