“Türklər demokratiyaya həssas yanaşır”.
Bnu Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, prezident seçkilərinin ikinci tura qalması Türkiyə tarixində ilkdir: “Beləliklə, biz həm də bütün dünyaya dərs verdik. Birinci tur kimi ikinci turun da demokratiya festivalına çevrilməsini arzu edirəm”.
M. Çavuşoğlu qeyd edib ki, hansı mövqedə olmağından asılı olmayaraq hər kəs demokratiyaya sahib çıxmalıdır.
Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bu günün Azərbaycanın müstəqillik gününün olmasını da xatırladıb: “Can Azərbaycana salamlarımı çatdırıram. Azərbaycan 105 il əvvəl bu gün müstəqilliyini əldə edib: Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm. Bu gün bizim üçün vacib tarixdir. Sabah da İstanbulun fəthi günüdür. Yəni, bu günlər türk dünyası üçün önəmli günlərdir"


Şərhlər