“Seçki qutularının yanından ayrılmayın” – Ərdoğan tərəfdarlarına müraciət edib + FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediadan seçicilərə müraciət edib.

“Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm”, - dövlət başçısı yazıb.

O, seçki prosesində əməyi keçən hər kəsə təşəkkür edib.

“Səhərin erkən saatlarından seçki qutuları önündə fədakarlıqla çalışan həmfikirlərimdən hər birinə təşəkkür edirəm. Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi xalqımızın iradəsini son ana qədər qorumaq vaxtıdır!”, - Ərdoğan qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar