Qərb liderləri Ərdoğanı təbrik ediblər

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

APA xəbər verir ki, Bayden Tvitter paylaşımında Türkiyə ilə ikitərəfli məsələlər üzrə işləməyə davam etməyi səbrsizlikə gözlədiyini qeyd edib:

“Mən NATO müttəfiqləri kimi ikitərəfli məsələlər və ortaq qlobal çağırışlarla bağlı birlikdə işləməyə davam etməyi səbrsizliklə gözləyirəm”.

Fransa Prezindenti Emmanuel Makron isə təbrik paylaşımını türkcə edib:

“Fransa və Türkiyənin birlikdə öhdəsindən gəlməli olduğu böyük çağırışlar var – Avropaya sülhün qayıtması, avro-atlantik alyansın gələcəyi, Aralıq dənizi. Yenidən seçilməsi münasibətilə təbrik etdiyim Prezident Ərdoğanla birlikdə irəliyə getməyə davam edəcəyik”.

Böyük Britaniya Baş naziri Rişi Sunak da Tvitterdəki təbrik paylaşımında ölkəsi ilə Türkiyə arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

“Böyüyən ticarətdən NATO müttəfiqləri kimi təhlükəüzlik təhdidlərinə qarşı mübarizəyədək ölkələrimiz arasında güclü əməkdaşlığa davam etməyi səbrsizliklə gözləyirəm”, - Sunak qeyd edib.

Almaniya kansleri Olaf Şolts isə Almaniya və Türkiyənin yaxın tərəfdaşlar və müttəfiqlər olduğunu qeyd edib:

“Almaniya və Türkiyə yaxın tərəfdaşlar və müttəfiqlərdir, bizim xalqımız və iqtisadiyyatımız dərin əlaqələrə malikdir. Prezident Ərdoğanı təbrik edirəm – biz birlikdə yeni təkanla ortaq gündəliyimizi irəliyə aparmaq istəyirik”.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Rəcəb Tayyib Ərdoğanı təbrik edib:

“Qarşıdakı illərdə Aİ-Türkiyə əlaqələrini dərinləşdirməklə bağlı sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirəm”, - deyə Şarl Mişelin Tvitter paylaşımında qeyd olunub.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə qeyd edib ki, Aİ-Türkiyə əməkdaşlığı xalqların xeyrinədir.

“Mən Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edirəm. Aİ-Türkiyə əlaqələrinin inşasına davam etməyi səbrsizliklə gözləyirəm. Həm Aİ, həm də Türkiyə üçün əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın rifahı naminə stratej əhəmiyyət kəsb edir”, - von der Leyen qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar