Azərbaycan Ordusunun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

635x100

Şərhlər

t.ədalət 2023-05-29 11:44:38

Sülh deyilən düzməcə oyun məqsədi ilə hər iki respublikanın nümayəndələri şər yuvası "Moskoviyaya" --Putinin yanına gedib-gələndən sonra Rusiyanın regiondakı işğalçı ordusu tərəfindən mövqelərimiz atəşə tutulur..

Son yazılar