Menu

Azərbaycan manatının effektiv məzənnələri il ərzində artıb

29.05.2023, 10:54
Azərbaycan manatının effektiv məzənnələri il ərzində artıb

Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 95,5 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəli ilə müqayisədə 0,3 bənd, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 bənd çoxdur.

2023-ci ilin aprel ayının sonuna manatın real effektiv məzənnəsi 121,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,9 bənd az, ilin əvvəlinə nisbətən 0,5 bənd az, illik müqayisədə isə 5,9 bənd çoxdur.

Şərhlər

Mahir 2023-05-29 11:17:24

Bu mücərrəd rəqəmlərin mənası nə? Qiymətlər qalxır,xalqın güzəranı pisləşibBu yaıan nəyə xismət edir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol