Menu

"Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına ehtiyac yoxdur" - Tokayev

29.05.2023, 13:03
"Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına ehtiyac yoxdur" - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin Avrasiya İqtisadi İttifaqına daxil olmaq təklifini şərh edib.

APA TASS-a istinadən xəbər verir ki, o qeyd edib ki, Qazaxıstanın İttifaqa qoşulmasına ehtiyac yoxdur.

"Lukaşenko Qazaxıstana İttifaqa daxil olmağı təklif edib. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki Avrasiya İqtisadi İttifaqından əlavə, digər birliklər var" – deyə Tokayev qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol