Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

Ermənistanın Baş naziri Nikol Paşinyanı müşayiət edən çoxlu sayda polisə ayrılan vəsait gizli saxlanılır. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyan Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyandan Paşinyanı müşayiət edən polis qüvvələrinin saxlanmasına nə qədər pul xərcləndiyinə aydınlıq gətirməyi xahiş edib.

Fidanyan hökumət başçısını müşayiət edən və ya Respublika meydanında növbətçi olan hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu bir neçə avtobusun saxlanmasına nə qədər pul xərcləndiyini açıqlamayıb.

O, yalnız qeyd edib ki, Nikol Paşinyanı müşayiət edən polis əməkdaşları ictimai asayişi qoruyur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar