CHP-li bələdiyyə sədri Kılıçdaroğlunu istefaya çağırdı – “Gedin nəvələrinizlə oynayın....”

Türkiyədə “Millət” İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu seçki sonrası çıxışı partiyada narazılıq yaradıb. Xatırladaq ki, Klçdaroğlu mübarizəni davam etdirəcəyini bəyan etmişdi.

CHP-nin nəzarətində olan Bolu Bələdiyyəsinin sədri Tanju Özcan sosial media hesabından onun sözlərinə sərt reaksiya verib:

“Mən səhv başa düşdüm? Hörmətli Kılıçdaroğlu davammı dedi? Müxalifəti istədiyiniz kimi təşkil etdiniz, özünüzü namizəd elan etdiniz! Bunu istəməyənlər ürəyinə daş basıb səni dəstəklədilər. Amma yetər.. Gedin nəvələrinizlə oynayın, 13 il ümid verdiniz... Kreslo sevdalısı olub insalra sipər olmayın, şərəfinlə, qüururnla istefa ver. Mübarizəni qaliblərin öhdəsinə buraxın”, - deyə o sosial şəbəkədə hesabında yazıb.

“AzPolitika.info”

635x100

Şərhlər

dadaşyev 2023-05-29 23:16:56

Əgər türk dünyası taxıl zəmisidirsə,Kılıçdaroğlu o zəminin tən ortasında təsadüfən bitmiş tənha yanmış qarğıdalıdır.

Son yazılar