Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər

Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər.“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Misir Prezidenti Əbülfəttah Əl Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.

Misir Prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Başda iqtisadiyyat olmaqla Türkiyə-Misir əlaqələrini dərinləşdirəcək addımların və regional məsələlərin də müzakirə edildiyi telefon danışığında iki lider qarşılıqlı olaraq səfir təyin edilməsi barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar