“Ukrayna hələ müharibədən sonrakı dövrdə öz ərazilərinə yenidən hücum olunmamasıyla bağlı dünya ictimaiyyətindən təhlükəsizlik zəmanəti almayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı diplomat Valeri Çali xarici mətbuata açıqlamasında deyib.
“Sözdə təhlükəsizlik zəmanətləri bizi arxayınlaşdıra bilər, amma onların heç biri NATO sammitində müzakirə olunmur. Nə indi, nə də gələcəkdə bu məsələ gündəmə gətirilmir. Rusiya Federasiyasının qarşısını nə alacaq və bu məsələ necə həll olunacaq?”, - Çali bildirib.
Diplomat bildirib ki, Ukraynanın real təhlükəsizlik təminatı üçün üç variant var - NATO-ya qoşulmaq, nüvə dövləti ilə ikitərəfli razılaşma və uzaqmənzilli raketlərin istehsalı.
Çaliyə görə, Ukrayna ilk mərhələdə 1000 kilometrə qədər məsafədəki hədəfi vura bilən, daha sonra isə 5,5 min kilometrə qədər uça bilən raketlər istehsal etməlidir.


Şərhlər