“Yevgeni Priqojin Putinin ətrafında olan komanda ilə birgə hərəkət edərək Rusiya liderini devirməyi planlaşdırır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Donbasdakı rusiyayönümlü qrupların keçmiş komandiri, “Strelkov” ləqəbi ilə tanınan keçmiş FTX (FSB) polkovniki İqor Qirkin özünün “Telegram” kanalından yayımladığı videoda deyib.
Strelkov iddia edib ki, Priqojin Putini devirmək üçün Baxmutdan geri çəkilən “Vaqner” hərbçilərindən istifadə edə bilər.

Strelkov “Vaqner” liderinin ordu və dövlət elitalarına müharibə elan etdiyini xatırladıb və Priqojinin bunu tək edə bilməyəcəyindən, araxasında başqa birinin olduğunu deyib.
Strelkov, indiyə qədər Putinin yaxın çevrəsinin çox güclü olduğunu, lakin mövcud vəziyyətin getdikcə pisləşdiyini iddia edib.
“Əgər Priqojin “Vaqner”in başında qalsa, bu üsyan tez və köklü şəkildə baş verəcək. Bundan sonra nə olacağını bilmirəm. Ancaq çevriliş təhlükəsi var və yaxındır”, - deyə o, bildirib.
Strelkov həmçinin, Rusiyadakı daxili siyasi vəziyyətin ən geci yayın sonuna qədər pisləşə biləcəyini deyib.
“AzPolitika.info”


Şərhlər