Menu

“Rusiyanın hərbi xərcləri artır, bu, hökumətə təzyiq yarada bilər” – Britaniya kəşfiyyatı

30.05.2023, 14:52
“Rusiyanın hərbi xərcləri artır, bu, hökumətə təzyiq yarada bilər” – Britaniya kəşfiyyatı

Rusiyanın hərbi xərcləri 2022-ci ildə 9,2 faiz artaraq 86,4 milyard dollara çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin hesabtında deyilir.

Hesabata bildirilir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Rusiyanın hərbi xərclərinin 2022-ci ildə 9,2 faiz artaraq 86,4 milyard dollara çatdığını, bunun Rusiyanın Ümumi Daxili Məhsulunun (ÜDM) 4,1 faizinə bərabər olduğunu açıqlayıb.

Məlumata görə, 2022-ci ilin fevralından bəri, Rusiyanın hərbi xərcləri maliyyə sahəsində şəffaflığın olmaması səbəbindən kifayət qədər qeyri-müəyyəndir.

Açıqlamada hərbi xərclərin yüksək səviyyədə qalacağı və bu vəziyyətin Rusiya hökumətinə təzyiq yarada biləcəyi qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol