Menu

“Rusiyanın növbəti hücum hədəfi Belarusdur” - Zelenski

30.05.2023, 16:40
“Rusiyanın növbəti hücum hədəfi Belarusdur” - Zelenski

“Vladimir Putin hakimiyyətinin əsas məqsədi Sovet İttifaqını bərpa etməkdir. Ona görə də Rusiyanın növbəti hücum hədəfi Belarus ola bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

“Putin üçün həyati önəm kəsb edən Sovet İttifaqını diplomatiya yolu ilə qurmaq mümkün olmadığından, o, hər cür təhdiddən istifadə etməyə çalışır”- deyə Zelenski bildirib.

Ukrayna Prezidenti xatırladıb ki, tam miqyaslı işğaldan əvvəl Putin uzun müddət Ukrayna rəhbərliyi ilə telefon əlaqəsi belə qurmaq istəməyib:“Yalnız bir səbəb var - ona görə ki, onun deməyə sözü yox idi. Putin yaxşı bilir ki, onun Ukraynanı zorla almaq istəyi hər kəsə məlumdur. Bu zaman o, mənimlə nə danışa bilər? Putin sadəcə olaraq, müharibə ilə Ukraynanı işğal edib ukraynalıları məhv etmək istəyir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol