Menu

"Azərbaycan-İsrail əlaqələrinin böyük potensialı var" - Prezident İlham Əliyev

30.05.2023, 16:43
"Azərbaycan-İsrail əlaqələrinin böyük potensialı var" - Prezident İlham Əliyev

Baxmayaraq ki, artıq ticarət, enerji, təhlükəsizlik kimi istiqamətlərdə böyük işlər görülüb, İsrail-Azərbaycan əlaqələrinin böyük potensialı var.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda israilli həmkarı İsxaq Hersoqla geniş tərkibli görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə birlikdə bir çox işlər görəcək.

“Biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm”, - Prezident İlham Əliyev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol