Menu

Stoltenberq Ərdoğanla İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

31.05.2023, 01:34
Stoltenberq Ərdoğanla İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Stoltenberq Tvitterdə bildirib.

“Mən cənab Ərdoğanı seçilməsi münasibəti ilə təbrik etdim. Biz Vilnüsdə keçiriləcək NATO zirvə görüşünün əsas məsələlərini müzakirə etdik, Ukraynaya dəstəyimizi gücləndirməyi və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik” - Stoltenberq bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol