Menu

İsa Həbibbəyli Siyavuş Novruzovun çıxışına etiraz etdi - İşə sədr qarışdı

31.05.2023, 13:33
İsa Həbibbəyli Siyavuş Novruzovun çıxışına etiraz etdi - İşə sədr qarışdı

“Elm sahəsində ciddi işlər görülməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, elmdə türkologiya və Cənubi Azərbaycan sahəsinə ciddi yer almalıdır: “Əvvəllər “Türkologiya” jurnalı var idi, indi o da yoxdur. Bu materiallar artırılmalıdır”.

Onun sözlərinə görə, vətəndaşları narahat edən digər məsələ peşə sahəsində olan problemlərdir: “Bütün nazirliklər akademiya açır, peşə məktəbi açan yoxdur. Bizim böyük şəhərlərimizdə də peşə məktəbi çox azdır. Bu gün onların sayı çox olsa, gənclər heç institutlara getməz. Peşə texniki sahəsində məsələyə ciddi yanaşılmalı, hər struktura tapşırıq verilməlidir ki, bir peşə texniki məktəb açılsın”.

Deputat İsa Həbibbəyli isə Siyavuş Novruzova cavabında bildirib ki, “Türkologiya” jurnalı heç vaxt çağını dayandırmayıb: “Türkologiyanın inkişafını təmin etmək üçün “Türkoloji araşdırma” jurnalı da çap olunur. Bu jurnallar bütün türk ölkələrində yayılır. AMEA-da Cənubi Azərbaycanla bağlı 3 şöbə də fəaliyyət göstərir. Orada 30 nəfərə yaxın elmi işçi çalışır. Hər üç şöbənin fəaliyyətinin gücləndirilməsi Rəyasət Heyətində müzakirə olunub. Hər iki sahənin potensialı çoxdur və daha da artırılacaq”.

Sədr Sahibə Qafarova isə Siyavuş Novruzova təklif edib ki, Elm və təhsil komitəsinin iclaslarında tez-tez iştirak etsin ki, bu cür məlumatları əldə etsin.

Şərhlər

dadaşyev 2023-05-31 23:33:59

Sevindirici haldır ki,cəmisi 5-6 il əvvələ qədər türkçülüyə ironik yanaşanların hamısı mövcud geopolitik vəziyyətin təsirilə alovlu türkçüyə çevrilməyə məcbur olublar,qısa müddətdə hətta hörmətli akademiklərə də bu barədə məsləhətlər verəcək mərtəbəyə qalxa biliblər.

vətəndaş 2023-05-31 14:54:13

Elm və təhsil komitəsinin iclaslarında savadı olan iştirak etməlidir. ...

t.ədalət 2023-05-31 14:28:48

Çalışmaq lazımdır ki,Cənubi Azərbaycanla bağlı şöbəyə anti-türk və anti-Azərbaycan olan profesdsor Rəhim Əliyev kimi adamlar salınmasın..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol