Menu

Rusiya Ukrayna sərhədindəki şəhəri boşaldır – Qubernatordan həyəcanlı açıqlama

31.05.2023, 13:40
Rusiya Ukrayna sərhədindəki şəhəri boşaldır – Qubernatordan həyəcanlı açıqlama

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhəddəki Şebekino şəhərinin atəşə tutulması barədə məlumat yayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə o “Teleqram” kanalında məlumat yayıb.

“Dörd nəfər yaralanıb, iki yaralı xəstəxanaya çatdırılıb. Yaşayış evləri zədələnib, maşınlar yanır", - Qladkov yazıb.

O, atəşin “Qrad” qurğularından açıldığını iddia edib. Rayon rəhbəri bildirib ki, bir mağaza tamamilə yanıb, 12 avtomobilə ziyan dəyib.

“Bu gündən etibarən hakimiyyət Şebekinski və Qrayvoronski rayonlarından uşaqları çıxarmağa başlayacaq. İlk üç yüz uşaq Voronejə göndəriləcək”, - Qladkov bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl Şebekinski şəhər rayonundan təxliyə edilmiş sakinlərin müvəqqəti yerləşdirilməsi mərkəzi də vurulub, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol