Cənubi Afrika Respublikası “BRİKS” sammitində iştirak edəcək liderlərə toxunulmazlıq verib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya lideri Vladimir Putinin də “BRİKS” sammitində iştirak edə biləcəyi vurğulanıb.
Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair order verib.
Məhkəmənin qərarına görə, əgər Putin BCM-ə üzv olan xarici ölkələrə səfər edərsə, həbs olunmalı və tribunula təhvil verilməlidir.
“AzPolitika.info”


Şərhlər