Menu

“Müəllimi alçaldan proseslərdən azad olmalıyıq”- Sabir Rüstəmxanlı

31.05.2023, 14:15
“Müəllimi alçaldan proseslərdən azad olmalıyıq”- Sabir Rüstəmxanlı

“65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır”.

APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır. 

“65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz”, - deyə millət vəkili qeyd edib.

Şərhlər

dadaşyev 2023-05-31 23:14:11

Müəllimi alçaldan,müəllimin hörmətini aşağı salan,müəllimi cəmiyyətin nəzərində dəyərsiz bir varlığa çevirən bütün proseslərin mayasında dilənçiyə sədəqə verilirmiş kimi verilən cüzi maaş durur.O maaşla müəllim,həkim,elmlər namizədi yox ee, Baskervillərin iti də yaşamaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol