Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan mayın 31-də Moldovaya işgüzar səfərə gedib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu varədə hökumətin mətbuat xidməti məlumat yayıb. Paşinyan Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək ikinci sammitində iştirak edəcək.
Moldovada Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya Kansleri, Avropa İttifaqı Şurasının Prezidenti və Azərbaycan Prezidenti İlham Əliyev arasında beştərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bu gün Moldova paytaxtına gedəcəyi gözlənilir.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Kişinyovda sülh sazişi imzalanmayacaq, bir neçə şifahi razılaşmanı əks etdirən ortaq bəyanatın qəbulu mümkündür.
“Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” dedikdən sonra ardını gətirməyə qorxdu və nəticədə yenə də təxribatların sayı artıb. Təxribatlar Qarabağın tamamının nəzarətə alınmasını aktuallaşdırıb. Prezident İlham Əliyevin Laçındakı çıxışında səsləndirdiyi tezislər buna xidmət edir. Qarabağda son mərhələmiz qalıb”, - o əlavə edib.
“AzPolitika.info”


Şərhlər