Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.
“Qaynarinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib.
Qeyd edək ki, Namiq Camalov sabiq müdafiə sənayesi naziri mərhum Yavər Camalovun qardaşı oğludur.


Şərhlər
Ay qardaş bu rehmetliyin ruhunu niye narshat edirsiniz.axı bunun qardaşı oğlu ta bacısı oğlu vezifeye teyyin oluna bilmez onları. konstitusion hüquqları yıxdur .Axı bu adam 5 ikdir rehmete gedib qoyun rahat yatsın da yıxsa sensasit axtarırsınuz.