Kiyevə raket hücumuna Rusiya ərazisində cavab verilir
Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətində yenə ara qarışıb. “AzPolitika.info” Rusiya və Ukrayna mediasına istinadla xəbər verir ki, Kiyevə dünən gecə baş verən kütləvi raket hücumundan dərhal sonra Belqorod şəhərində partlayış səsləri eşidilməyə başlayıb.
Bu gün səhər saatlarında isə yenidən Belqorod vilayəti ərazisinə diversiya-kəşfiyyat qruplarının daxil olduğu məlum olub. Özünü “Rusiya konüllüləri korpusu”(RKK) adlandıran və əsasən rusiyalılardan ibarət olan hərbi dəstə Belqorod ərazisndən videolar paylaşıb.
Xəbərdə qeyd olunur ki, diversiya qrupunu zirehli avtomobillər və hətta tanklar müşayiət edir. Hazırda döyüşlərin əsasən Şebekino şəhəri yaxınlığında getdiyi bildirilir.
Rəsmi Rusiya KİV-ləri sərhəddə ağır döyüşlər getdiyini bildirsə də, diversiya qrupunun Belqorod ərazisinə keçmədiyini iddia edirlər. Onlardan fərqli olaraq, yerli mənbələr Şebekino ərazisində döyüşlər getdiyini və bu şəhərə gedən yolun bağlandığını bildirirlər.
“AzPolitika.info”
— Elyaz Shafiyev (@elyaz_shafiyev) June 1, 2023

Şərhlər
Deməli çoxdan gözlənilən əks- hücüm əməliyyatı artıqbaşlayıb