“ƏLİYEV ÜÇÜN “BACILARI” DİVARA DİRƏMƏK ÇƏTİN OLMAYACAQ” - “Onun ikiüzlü olduğunu da göstərəcək...”

"Təəssüf ki, Ərdoğan Kişenauda Avropa Siyasi İcmasının sammitində iştirak etmir. Bu, Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Paşinyan, Avropa Şurasının rəhbəri Şarl Mişel, Fransa Prezidenti Makron və Almaniya kansleri Şoltz arasında keçirlən sadəcə beş tərəfli görüşdür”.

“AzPolitika.info” xəbər verir ki, bunu Politoloq Fərhad Məmmədov bildirib. “Bu, Brüssel formatının davamı deyil”, - o əlavə edib.

Təhlilçi vurğulayıb ki, bu görüş Azərbaycan Prezidenti İlham Əliyev üçün böyük imkan yaradır:

“- Makronun üzünə hər şeyi deyə bilər;

- Fransanın destruktiv mövqeyinə görə Avropa İttifaqının vasitəçiliyinin və şəxsən Mişelin təşəbbüslərinin təhdid altında ola biləcəyini göstərər;

-Kansler Şoltsa göstərə bilər ki, Fransa Avropa İttifaqı institutlarından öz dağıdıcı maraqları üçün istifadə edir;

- Prezident İlham Əliyevin görüşdən əvvəl Laçında açıqladığı Azərbaycanın reinteqrasiya mexanizmi ilə avropalıları tanış edə bilər;

- Paşinyanın mövqeyinin qeyri-sabit, uyğunsuz və ikiüzlü olduğunu bir daha göstərmək imkanı var. Paşinyanın ad günündə bunu etmək çox simvolikdir”.

F.Məmmədov hesab edir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev üçün Paşinyan-Makron “bacılarını” divara dirəmək çətin olmayacaq. “Əlbəttə, Makronun görüşdə oturması bir çağırışdır, amma bu formatda Makronun yanında Şoltsu görmək ayrı mövzudur. Dünyada Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin mürəkkəbliklərindən danışılmayan platformalar artıq qalmayıb. Görüşün praktiki əhəmiyyəti, məncə, saxlanılan əsgərlərin mübadiləsi prosesinin sürətləndirilməsində olacaq”- deyə, o, qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2023-06-13 09:08:31

Hay *Azpolitika.info* o qədər də əmin yazmayın. Həmin doğma bacılar Minsk qrupu kimi, iqtisadi və digər dairələrdə də Kremllə Böyük Qardaşımız-müttəfiqimiz və əziz tərəf müqabillərim iotuz ildir Azərbayccanı dünyanın başına dolandırmırlarmı?

Cəmşid Dərələyəzli 2023-06-01 17:00:32

Beştərəfli görüşə (Əliyev-Makron-Şolts-Mişel-Paşinyan) Avropa ölkələrindən nədən Fransanın yenidən danışıqlara qatılması təccüb doğurdu. .Çünki, Makronun əvvəlki danışıqlarda taraf tutmasından dolayı İlham Əliyev onun "Ermənistanla" danışıqlarda bir daha iştirak etmeyeceyini beyan etmişdir. İkincisi Paşinyan kimdiki fikir dəyişdirsin. Bir həftədə iki dəfə Putinlə görüşməsi hər şeyi aydın etmirmi.

Turan 2023-06-01 16:48:55

Makron qatıqlasa görüşü yarımçıq kəsmək lazımdır qansınlar ki, görüş yalnız və yalnız Azərbaycan Prezidentinin razılığı ilə baş tutub

Son yazılar