Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın öz işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücuma başlamasının əleyhinədir.
“AzPolitika.info” xəbər verir ki, yerli “Kossuth Rádió” radiostansiyasına müsahibə verən Baş nazir əks-hücumun Ukraynanın böyük itkilərilə nəticələnəcəyini deyib.
Orban bildirib ki, müharibədə hücum edən tərəf müdafiə olunana nisbətdə üç dəfə artıq itki verir və bu, o deməkdir ki, əks-hücum Ukrayna üçün “qan vannasına” çevrilə bilər: “Rusiyanın əhalisi 130-140 milyon nəfərdir, Ukraynanın isə 30-40 milyon arası. Bu şərtlər daxilində böyük savaşa başlamaq – bu, “qan vannasıdır”.
Orban təklif edib ki, Ukraynanın əks-hücumu başlamamış dayandırılsın və tərəflər danışıqlar masasına otursunlar. O, həmçinin əlavə edib ki, özü hakimiyyətdə olduğu müddətdə Macarıstan Rusiyaya qarşı savaşmayacaq.
“AzPolitika.info”


Şərhlər
Adını türk qoyan zavallı, rus ölməsə türkə rahatlıq olmayacaq , anla
Yadından çıxarıb SSRİ 60-cı illərdə Macarları necə gülləbaran edib 1000-lərlə insan öldürmüşlər... Estüqrom şəhərində bütün şəhəri gülləbaran bombarduman etmişlər.