ABŞ Prezidenti Co Bayden Koloradodan Vaşinqtona qayıdarkən başından zərbə alıb. O, helikopterdən çıxarkən başını zədələyib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti xəbər yayıb.
Bundan əvvəl Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində çıxışı zamanı Bayden zarafatla 300 il əvvəl orta məktəbi bitirdiyini deyib. O, səhnədən çıxarkən büdrəyib və yıxılıb. Baydenin ayağa qalxmasına təhlükəsizlik işçiləri kömək edib.
Ağ Evin kommunikasiyalar üzrə direktoru Ben LaBolt ABŞ Prezidentinin yaxşı olduğunu deyib.
Co Baydenin 80 yaşı var. 2024-cü ildə ABŞ-da növbəti prezident seçkiləri zamanı onun 82 yaşı tamam olacaq. Yenidən qalib gəlsə və bütün səlahiyyət müddətini başa vursa, prezidentlik müddətinin sonunda 86 yaşı tamam olacaq.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ Prezidentinin yaşı ilə bağlı dəfələrlə açıqlamalar verilib - Bayden öz vəzifələrini yerinə yetirməkdə davam edir.
Ağ Evin həkimi Kevin O'Konnor müayinələrdən sonra Prezidentin sağlam olduğu və vəzifəsini yerinə yetirə biləcəyi qənaətinə gəlib. O, Baydeni "80 yaşlı sağlam, enerjili bir kişi" adlandırıb.
“AzPolitika.info”


Şərhlər