Menu

Ukrayna ilə Gürcüstan arasında daha bir qalmaqal - Kiyev bu şirkətə qarşı beynəlxalq sanksiya tələb edir

02.06.2023, 13:54
Ukrayna ilə Gürcüstan arasında daha bir qalmaqal - Kiyev bu şirkətə qarşı beynəlxalq sanksiya tələb edir

Ukrayna Gürcüstanın “Georgian Airways” aviaşirkətinə qarşı beynəlxalq sanksiya tətbiq olunmasını istəyir.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı “Novosti-Qruziya” məlumat yayıb.

Xəbərdə deyilir ki, Ukrayna Gürcüstanın Rusiya ilə aviasiya əlaqəsinin bərpasının əleyhinədir və bunu onunla əsaslandırır ki, bu əlaqə Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasına xidmət edəcək.

Ukrayna tərəfi təklif edir ki, “Georgian Airways” şirkətinə, onun təsisçisi Tamaz Qaiaşvili və onun qardaşı, şirkətin hazırkı sahibi David Qaiaşviliyə qarşı sanksiyalar tətbiq olunsun.

Xatırladaq ki, bundan öncə Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya aviareysləri həyata keçirən “Georgian Airways” şirkətini boykot etdiyini bəyan etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol