Menu

"Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq" - Samir Şərifov

02.06.2023, 13:58
"Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq" - Samir Şərifov

Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezidenti tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb: “Qəzalı evlərin bərpası ilə bağlı proqram hazırlanıb. Ötən həftə baş nazirimizin sədrliyi ilə müşavirə keçrilib. Sumqayıtdakı yataqxana ilə bağlı məsələyə də baxılıb. Bu istiqamətdə yaxın vaxtlarda əməli addımlar atılacaq”.

Şərhlər

t.ədalət 2023-06-02 17:58:18

Qəzalı binaların problemi ilə maliyyə nazirinin məşğul olduğu ölkədə, ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol