Ukrayna Prezidenti Volodimir Zelenski Estoniya Prezidenti Alan Karislə birgə mətbuat konfransında Ukraynanın gözlənilən əks-hücumunun başladığının necə məlum olacağı barədə jurnalistlərin sualını cavablandırıb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski cavabında əks-hücumun “kino olmadığını” deyib: “Bu, kino deyil. Mənim üçün sizin əks-hücumu necə görəcəyinizi demək çətindir. Əsas odur ki, bunu Rusiya görsün və hiss etsin. Biz xüsusilə də bizim əraziləri işğal edən qoşunlardan danışırıq. Ərazilərimizin işğaldan azad olunması əks-hücumun əsas nəticəsi olacaq...”
“AzPolitika.info”


Şərhlər