Menu

Bulvarda scooter sürmək qadağan edildi – Polis reydlərə başladı, cərimə olunacaqlar

02.06.2023, 19:37
Bulvarda scooter sürmək qadağan edildi – Polis reydlərə başladı, cərimə olunacaqlar

İyulun1-dən başlayaraq Bakı Dənizkənarı Milli Parkda scooter icarəsi illə məşğul olan mobil tətbiqlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“AzPolitika.info”ya daxil olan məlumata görə, bu barədə sözügedən fəaliyyətlə məşğul olan şirkətlərə bildirişlər göndərilib. Dünən axşam saatlarından etibarən polis əməkdaşları bulvarda scooter sürən gəncələrə qarşı reydlərə başlayıb.

Reydlərdə iştrak edən polis əməkdaşı “AzPolitika.info”nun əməkdaşına bildirib ki, scooter sürənlər bulvarda istirahət edən vətəndaşların həyatına təhlükə yaradır. “Bir neçə gün əvvəl balaca bir uşağı vuraraq ağır xəsarət yetiriblər. Göstəriş gəlib, bundan sonra icazə verilməyəcək. Biz saxladığımız şəxslərə 40 manat cərimə olunacaqları haqqında xəbərdarlıq edirik”.

Qeyd edək ki, bulvarda olduqca sürətlə hərkət edən gənclər milli parkda istirtahət edən vətəndaşlara ciddi problemlər yaradırlar. Son zamanlar scooter sürənlərin sayının kəskin artması uşaqların, yaşlıların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Bundan başqa bulvarın döşəməsi də scooterlər tərəfindən sıradan çıxarılır, artıq bir çox hissələrdə metlaxlar sınıb.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-06-03 13:33:58

Bulvarda da sürməyib harda sürsünlər skuteri?Səkilərdən camaat keçir,olmaz.Maşın yolu da təhlükədir başdan ayağa.Nağarsınlar?Buraxsın millət skuter sürməyi nömrə nişanı qoyammamısınız deyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol