Hakan Fidan və Yaşar Güler nazir təyin olundu - DOSYELƏRİ

Yaşar Gülər müdafiə naziri, Hakan Fidan isə xarici işlər naziri təyin olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Qeyd edək ki, Yaşar Gülər daha öncə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Hakan Fidan isə Milli Kəşfiyyat Təşkilatının rəisi olub.

MİT başqanı kimi Türkiyə kəşfiyyatının güclənməsində əvəzsiz xidmətləri olan Hakan Fidanın təcümeyi-halını təqdim edirik:


Hakan Fidan 1986-2001-ci illər arasında Türkiyə Silahlı Qüvvələrində kiçik zabit kimi xidmət edib. O, könüllü olaraq hərbi xidmətinə son qoyub və Merilend Universitet Kollecində İdarəetmə və Siyasi Elmlər üzrə bakalavr dərəcəsi alıb.

Bilkent Universitetində “Xarici Siyasətdə Kəşfiyyatın Rolu” adlı dissertasiya işi ilə magistr dərəcəsini, 2006-cı ildə isə həmin universitetdə “İnformasiya dövründə diplomatiya: İnformasiya texnologiyalarının xarici siyasətdə istifadəsi” mövzusunda dissertasiya işi ilə doktorluq dərəcəsini alıb.

H.Fidan Akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, BMT-nin Cenevrədəki Silahsızlanma İnstitutunda və Londondakı Verification Technologies Araşdırma Mərkəzində davam etdirib. Hacettepe və Bilkənd universitetlərində akademik vəzifəsində də çalışıb.

Fidan həmçinin 2001-ci ildən NATO-nun Çevik Hərəkət Korpusunun Almaniyadakı qərargahında çalışıb və 2 il Avstraliya Türkiyə səfirliyində baş siyasi və iqtisadi məsləhətçi vəzifəsini icra edib. 2003-cü ildə Türkiyə Baş nazirliyində Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə təyin edilib.

14 noyabr 2007-ci ildə Baş nazirlik müşavirinin müavini vəzifəsinə təyin edilən Fidan, 2008-ci ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib. O, həmçinin 2008-ci il martın 8-də Beynəlxalq Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü olub, lakin 2011-ci ilin fevralında bu vəzifədən istefa verib.

Hakan Fidan 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşaviri vəzifəsinə təyin edilib. O, Əmrə Tanerin səlahiyyət müddəti bitdikdən sonra, 25 may 2010-cu ildə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Bununla da o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri kimi tarixə düşüb.

Bakupost.az - Yaşar Güler Azərbaycana gəldi

Qeyd etdiyimiz kimi, siyahıya əsasən Türkiyənin Müdafiə nazirliyinə bundan sonra Yaşar Gülər rəhbərlik edəcək.  Hazırda Yaşar Gülərin kim olduğu, Türkiyənin yeni Müdafiə Nazirinin kimliyi gündəm olub. Yaşar Gülərin dosyesini təqdim edirik:

General Yaşar Gülər son dövrlərdə ən çox araşdırılan şəxslər arasındadır. Gülər Prezidentin 09 iyul 2018-ci il tarixli sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib. Türkiyə Silahlı Qüvvələrində bir çox yerdə xidmət edən Y.Gülər 1954-cü ildə Ərdahanda anadan olub. 1974-cü ildə Hərbi Akademiyanı, 1975-ci ildə Döyüş Məktəbini leytenant rütbəsi ilə bitirib.
1975-1984-cü illər arasında müxtəlif birliklərdə Döyüş Komandası və Bölük Komandiri vəzifələrində çalışan general Yaşar Gülər, 1988-ci ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.

Qərargah zabiti kimi, 1986-1988-ci illərdə Daxili Regional Komandanlıqda Əməliyyat rəisi, 1988-1991-ci illərdə Quru Qoşunlarının Təftiş və Qiymətləndirmə Rəhbərliyində Plan Mütəxəssisi, 1991-1991-ci illərdə 12-ci Piyada Diviziyasının Əməliyyat və Təlim Şöbə Müdirliyi vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Silopidə Daxili Komandan vəzifələrini icra edib.

Briqada generalı rütbəsi ilə 2001-2003-cü illərdə 10-cu Piyada Briqada Komandanlığı vəzifəsində çalışıb və 2005-ci ildə general-mayor rütbəsinə yüksəlib.

General-mayor rütbəsi ilə 2005-2007 illəri arasında MEBS Məktəbi və Təhsil Mərkəzi Komandanlığı, 2007-2009 illəri arasında isə Gnkur Təhsil şöbəsinin rəisi vəzifəsində çalışıb və 2009-cu ildə general-leytenant rütbəsi alıb.

Yaşar Güler kimdir? Yaşar Güler nereli, kaç yaşında, hangi görevlerde  bulundu?

General-leytenant rütbəsi ilə o, 2009-2010-cu illərdə Xəritəçəkmə Baş Komandanlığı, 2010-2011-ci illərdə 4-cü Korpus Komandanlığı, 2011-2013-cü illərdə Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə Quru Qoşunlarının komandanı, son olaraq isə 09 iyul 2018-ci il tarixli Prezidentin sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib.

Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı və TSQ Şərəf medalına sahib olan general Yaşar Gülər bəzi ölkələr tərəfindən da müxtəlif medallarla təltif olunub.

Demet Gülərlə evli olan general Yaşar Gülərin bir övladı və iki nəvəsi var. O, ingiliscə səlist danışır.

635x100

Şərhlər

Elmira 2023-06-04 11:05:46

Xeyirli- uğurlu olsun! Can Türkiyə! Yaşasın!

Cəmşid Dərələyəzli 2023-06-04 09:36:06

Bəli, Dövlətdə yüksek vezifelere getirilen bakanların her biri öz sahəsində böyük bir məktəb və təcrübə keçmelidirler. Təssüflər olsun ki, bu gün Azərbaycanda aparılan kadr islahatlarında Ölkə Başçısına sunulan kadrların nə yaşları, nə də təcrübələri (ixtisasları da həmçinin) heç biri təyin oldukları bakanlıklara deng gelmir. Ona görə də bütün hallarda idaretmenin yükü Ölkə Başçısının üzerine düşmüş olur ki, bu da onun ölkə üzrə bütün alanlarada qarşıya qoymuş hədəflərə ulaşmaqda, zaman almasına neden olur. Ona göre de her sahede örnek verdiyimiz ve qürur duyduğumuz qardaş ölkenin idareetme tecrübesinden yaralanmalı və həmin metodların Azərbaycanda tətbiqinə müeyyesser olmalıyıq. Allahdan bir daha qardaş ölkeye yeni dönəmin seçilmişleri ile başarılar dileyirik.

Son yazılar