Xəbər verdiyimiz kimi, iyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.
"Qafqazinfo" CNN Türk-ə istinadən xəbər verir ki, 4000 qonağın iştirak etdiyi mərasim xeyli diqqət çəkib.
Belə ki, Ərdoğan çıxış edərkən onun arxasında əyləşənlər böyük marağa səbəb olub.
Ərdoğanın arxasında zəlzələ qurbanları, şəhid yaxınları, qazilər, mədənçilər, idmançılar, din xadimləri yer alıb. Orada Nobel Elm Mükafatı laureatı Əziz Sancar, futbolçu Məsut Özil, 15 İyul Şəhidlərinin yaxınları da yer alıb. Bildirilib ki, Ərdoğanın arxasında duranlar “Türkiyə Yüzyılını” əks etdirəcək adlardır.


Şərhlər
Amma bizdə şəhid ailələri və qazilərə münasibət putincəsinədir.Onlar incidilir,mənzil verilməsində narazılıqlar yaranır,bir sözlə ,Vətənə xidmət edənlər Rusiyanın yetişdirdiyi və həm də fərari olanlar qarşısında hörmətsiz edilir.
Əsl lider, əsl rəhbər, əsl Ailə başçısı, Türkiyənin adını əbədiləşdirən, tarixləşdirən dahi insan. Allah qorusun, pənahında saxlasın.
Möhtəşəm!