ATƏT sədri Çavuşoğluna təşəkkür, Hakan Fidanı təbrik edib

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoluna diplomat kimi fəaliyyətinə görə təşəkkür, yeni XİN rəhbəri Hakan Fidanı isə təbrik edib.

“Report” xəbər verir ki, Buyar Osmani bu barədə tviterdəki hesabında yazıb.

“Əzizim Mövlud Çavuşoğlu, ötən illər ərzində sizinlə işləmək həqiqətən çox xoş oldu. Şimali Makedoniya və Türkiyə arasında ənənəvi yaxın və dostluq münasibətlərini inkişaf etdirmək üçün davamlı istəyinizə görə təşəkkür edirik”, - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.

“Hakan Fidanı Türkiyənin yeni XİN rəhbəri təyin olunması münasibətilə təbrik edirik.

Biz Şimali Makedoniya və Türkiyənin yaxın əlaqələrini yüksək qiymətləndiririk və ölkələrimizin və vətəndaşlarımızın mənafeyi naminə əməkdaşlığımızı inkişaf etdirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”, - Buyar Osmani vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar