Menu

Somalidə terrorçular 54 sülhməramlını öldürüb

05.06.2023, 08:52
Somalidə terrorçular 54 sülhməramlını öldürüb

Ötən həftə “Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.

“Report” xəbər verir ki, bunu Uqanda prezidenti Yoveri Museveni bəyan edib.

Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib:

“Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücum cəhdi ediblər, lakin qüvvələrimiz əhəmiyyətli zərbə vuraraq, onları qaçmağa məcbur edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol