”VAQNER” MOSKVAYA GƏLƏCƏK VƏ...” - Priqojinin hakimiyyət çevrilişinə hazırlaşdığının anonsu verildi

Məlum olduğu kimi, “Rusiya Könüllüləri Korpusu”nun Belqorodda keçirdiyi əməliyyatlar və Rusiya ordusunun bu bölgədəki acizliyi “Vaqner” başçısı Yevgeni Priqojinin növbəti sərt açıqlamaları ilə müşayiət olunub. Priqojin deyib ki, belə getsə, “dəvət və razılıq gözləmədən” “Vaqner” Belqoroda girəcək. Lakin bunun üçün ona silah-sursat lazım olacaq.

“AzPolitika.info” xəbər verir ki, xeyli vaxtdır Priqojinlə sözlü qarşıdurmada olan Donbas separatçılarının sabiq lideri və “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) “Vaqner”-in Moskvada çevriliş etməyə hazırlaşdığına eyham vurub. Qirkin özünün sosial şəbəkə səhifəsində yazıb ki, bu gedişlə “Vaqner” Belqoroda yox, Moskvaya üz tutacaq.

O, bildirib ki, Priqojinə Belqorodda “özfəaliyyətlə“ məşğul olmağa imkan verilsə, onun növbəti hədəfi Moskvada hakimiyyəti devirmək olacaq: “Bu gedişlə görürəm ki, “Vaqner” korpusları Müdafiə Nazirliyinin göstərişinə məhəl qoymadan kolon şəklində Belqoroda doğru hərəkət edir və yolüstü silah anbarlarını ələ keçirir. Oradan isə Moskvaya da gedəcək – ondan ötrü ki, Moskvanı “PUA-lardan qorusun””.

Strelkov Priqojinlə Ramzan Kadırovun adamları arasındakı qarşıdurmaya da toxunaraq, “Vaqner”-in çeçen silahlı qruplaşmalarından çəkindiyini bildirib və Priqojini ələ salıb: “Priqojin hələ ki, Qroznıya doğru getməməyə qərar verib – orada onu düz başa düşməyə bilərlər...”

Qeyd edək ki, ötən həftə “Vaqner”-i Baxmutdan tam çıxardığını elan edən Priqojinin hakimiyyətlə bağlı ciddi siyasi iddialarının olduğu bildirilir. Qapalı rəy sorğuları hazırda onun Putindən sonra ən yüksək reytinqə malik fiqur olduğunu göstərir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar