Menu

"Yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcəyik" - Reznikov

05.06.2023, 14:21
"Yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcəyik" - Reznikov

"Ukrayna yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcək".

“Report” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi bu payız və ya qışda “F-16”ların yerləşdirilməsinə hazır olacaq.

Nazir deyib ki, Kiyev bu döyüş təyyarələrinə texniki qulluq, təmir üçün mühəndis və texniki heyətlə təminat üzrə tərəfdaşları ilə danışıqlar aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol