Menu

Ermənistan Qarabağı Azərbaycanın daxili işi sayır - "Statusla bağlı danışıqlar aparmaq iddiasında deyilik"

05.06.2023, 16:19
Ermənistan Qarabağı Azərbaycanın daxili işi sayır - "Statusla bağlı danışıqlar aparmaq iddiasında deyilik"

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində 2022-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib.

O, Ermənistanın belə bir mandatı olmadığını qeyd edib: “Statusun müəyyən edilməsi məsələsinə gəlincə isə, biz iddia irəli sürmürük və buna çalışmırıq”, - Mirzoyan qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol