Menu

Bədxassəli yenitörəmələr diaqnozu ilə 62 mindən çox xəstə qeydiyyatdadır

05.06.2023, 17:34
Bədxassəli yenitörəmələr diaqnozu ilə 62 mindən çox xəstə qeydiyyatdadır

Tibb müəssisələrində bədxassəli yenitörəmələr diaqnozu ilə 62 385 nəfər xəstə qeydiyyatdadır.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla ümumilikdə 13 924 nəfər bədxassəli yenitörəmələr diaqnozu ilə qeydə alınıb. Onların 6 602 nəfəri kişi, 7 322 nəfəri isə qadın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol