Menu

“Rusiya yaşadığımız bütün ağrıları hiss edəcək” - Podolyak

05.06.2023, 20:27
“Rusiya yaşadığımız bütün ağrıları hiss edəcək” - Podolyak

Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Rusiya müharibənin əvəzini tam ödəyəcək. Onlar ərazimizə raket zərbələri endirərkən övladlarımızın hiss etdikləri hər şeyi hiss edəcəklər”, - Podolyak deyib.

Podolyak həmçinin, Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı dəqiq tarix verməyin mümkün olmadığını deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol