Menu

“Putinə cəbhədəki vəziyyətlə bağlı bəd xəbərlər verilmir” – “Bunu edən şəxs...”

05.06.2023, 18:30
“Putinə cəbhədəki vəziyyətlə bağlı bəd xəbərlər verilmir” – “Bunu edən şəxs...”

Vladimir Putinə artıq cəbhədəki və ölkədəki vəziyyətlə bağlı bəd xəbərlər verilmir. Çünki Putin bu cür xəbərlərə son dərəcə əsəbi reaksiya verir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “VÇK-OGPU” “Telegram” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, artıq Putinə yalnız Rusiyanın qələbələrindən bəhs edirlər və heç bir məğlubiyyətin olmadığını deyirlər.

Kanal yazır ki, Rusiya diktatoruna bəd xəbər çatdıran şəxsin adətən Putinlə uzun müddət görüşməyinə icazə vermirlər.

Eyni zamanda, ona yalnız Rusiyanın uğurları barədə məlumat verən, məğlubiyyətləri və uğursuzluqları kiçildərək danışanlar isə Rusiya Prezidenti ilə daim əlaqədə olur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol