Menu

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başlayıb - FOTOLAR

05.06.2023, 20:40
"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başlayıb - FOTOLAR

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə təlimin ssenarisi və keçiriləcə  barədə brifinq təqdim olunub.

Qeyd edək ki, cari ilin iyun ayının 16-na qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol