Bu gün Rusiya tərəfindən Ukraynada Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması ilk belə hadisə deyil.
“AzPolitika.info” xəbər verir ki, 82 il əvvəl - 1941-ci ilin avqust ayının 18-də SSRİ-nin rəhbəri İosif Stalinin əmri ilə Dnepr çayı üzərində yerləşən "Dnepr" Su Elektrik Stansiyasını partladılıb. Məqsəd alman ordusunun sürətli hücumunun qarşısını almaq olub.
Bu əməliyyat o qədər gizli və sürətlə həyata keçirilib ki, Dnepr çayı ətrafında yaşayan ukraynalılar və sovet hərbi hissələrinə belə xəbərdarlıq edilməyib. Nəticədə 80 min mülkü əhali və 20 min sovet hərbçisi 30 metrlik dalğaların altında qalaraq həlak olublar
82 ildən sonra - bu gün Putin həmin cinayəti təkrar edib. Səhər saatlarında Dnepr çayı üzərində yerləşən "Kaxovka" Su Elektrik Stansiyasını partladıblar.Məqsəd bu dəfə Ukrayna ordusunun gözlənilən əks-hücumunun qarşsını almaq olub. Son məlumatlara görə, onlarla şəhər və kənd su atında qalıb. Əhali evakuasiya olunur.
“AzPolitika.info”



Şərhlər