“Məqsəd adalardakı Ukrayna hərbçilərini batırmaq idi...” - Rusiya təbliğatı çaş-baş qalıb

İşğal altındakı Nova Kaxovka SES-in partladılmasından sonra yarann situasiya Rusiya təbliğat maşınını çaş-baş salıb. Belə ki, hadisənin baş verdiyi andan etibarən Rusiya KİV-ləri ziddiyyətli məlumatlar yaymağa başlayıblar.

Əvvəlcə ümumiyyətlə partlayış olmadığını, əvvəlki zədələr nəticəsində bəndin bir hissəsinin uçduğunu bəyan edən KİV-lər sonradan guya SES-in Ukrayna tərəfindən vurulduğunu bildirdi.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında Rusiya işğalçılarının Nova Kaxovkanı partlatmaqda ilkin məqsədləri barədə maraqlı məlumatlar dərc edilir. 

Xersondan olan jurnalist Konstantin Rıjenko yazıb ki, Rusiya hərbçiləri Nova Kaxovka bəndinin yalnız kişik bir hissəsini sıradan çıxarmaq istəyiblər. Heç bir partlayış olmadığı və sadəcə, köhnə zədələr səbəbindən bəndin kiçik bir hissəsinin uçduğu barədə ilkin xəbərlər də bununla bağlı olub: ”İlk etapda rusiyalılar düşündülər ki, bəndin kiçik bir hissəini “səliqəli şəkildə” partlatmağa müvəffəq olublar. Bunun nəticəsində Dneprin deltasındakı adalarda yerləşən Ukrayna hərbçiləri batırılmalı idi. Ancaq saat 06:51-də başa düşdülər ki, bəndin sonu çatdı və onlar “zibilə düşüblər”. İndi isə ritorikalarını dəyişiblər və iddia edirlər ki, bəndi Ukrayna hərbçiləri vurublar”.

Qeyd olunur ki, ilk mərhələdə Rusiya təbliğatçıları və hərbi müxbirləri fəlakətin miqyasını anlamayıblar və sadəcə, Dneprin deltasındakı adalarda yerləşən Ukrayna hərbi qüvvələrinin suyun altında qaldığına sevinərək, adalardan qaçmaq istəyən ukrayna bölmələrinin Rusiya PUA-ları ilə məhv edildiyini iddia ediblər. Bununla da partlayışın Rusiyanın planı olduğunu təsdiqləyiblər.

Ukraynalı jurnalist yazır ki, yalnız terror aktından iki saat sonra təbliğatçılar fəlakətin miqyasının “Çernobıl faciəsinə bərabər” olduğunu anlayıblar və bəndin partladılmasında Ukrayna tərəfini ittiham etməyə başlayıblar.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar