“Ermənistan hökuməti anklavlarda yaşayan əhalinin mümkün köçürülməsi məsələsini regionun rəhbərliyi ilə müzakirə etməyib, çünki hələlik konkret qərar yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan parlamentdə Baş nazir Nikol Paşinyanın bəyanatını jurnalistlərə şərh edərkən bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın 86,6 min kvadratmetrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib.
"Konkret olaraq, hazırda bu məsələnin həlli ilə bağlı danışıqlar aparılmır. Nə isə baş verəndə cəmiyyətə məlumat veriləcək.Baş nazir problemin həlli ilə bağlı dəfələrlə danışıb və izahat verib. Bu, delimitasiya və demarkasiya prosesində həll olunacaq", - Qalumyan qeyd edib.
Jurnalistlərin konkret ərazilərin Azərbaycana verilməsinin qonşu kəndlər üçün hansı nəticələrə səbəb ola biləcəyi sualına qubernator cavab verib ki, azərbaycanlıların da oxşar problemləri olacaq, lakin sülh müqaviləsi kontekstində bütün məsələləri həll etmək olar.
"Biz bu məsələləri həll etmək üçün danışıqlar masası arxasına əyləşməliyik. Hələlik konkret həll yolu yoxdur..." – deyə, Qalumyan iddia edib.
“AzPolitika.info”


Şərhlər