Menu

Avstraliya Ukraynaya 41 ədəd qırıcı təyyarə verə bilər – Danışıqlar gedir...

06.06.2023, 17:30
Avstraliya Ukraynaya 41 ədəd qırıcı təyyarə verə bilər – Danışıqlar gedir...

Avstraliya hakimiyyəti Amerika istehsalı olan 41 “McDonnell Douglas F/A-18 Hornet” qırıcısının Kiyevə verilməsi ilə bağlı ABŞ və Ukrayna ilə danışıqlar aparır. Onlar Avstraliya ordusu tərəfindən istismardan çıxarılıb və hazırda anbardadırlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Review” qəzeti öz mənbələrinə istinadla xəbər yayıb.

Təyyarənin bir hissəsi ehtiyat hissələri üçün istifadə oluna bilər. Lakin onların Ukraynaya bu günə qədər həyata keçirilən sövdələşmələrin ən böyüyü ola bilər.

“Hornet” dördüncü nəsil qırıcıdır və hələ də ABŞ, İspaniya, Kanada, İsveçrə, Finlandiya, Malayziya, Küveytdə xidmətdədir. Onlar bir sıra hərbi münaqişələrdə, o cümlədən İraq müharibəsi zamanı “Səhrada fırtına” əməliyyatında, Əfqanıstanda, Serbiya, Liviya və Suriyanın bombalanmasında istifadə olunub. Onlar Avstraliya ordusunda beşinci nəsil təyyarələrlə əvəz olunduğu üçün istismardan çıxarılıb.

“Financial Review”in məlumatına görə, danışıqlar uğurlu olarsa, təyyarələr dörd aydan sonra hazırlıq vəziyyətinə gətirilə bilər. Kiyev, Kanberra və Vaşinqton nəşrin yaydığı xəbərlər bağlı rəsmi açıqlama verməyib.

Rusiyanın işğalı başlayandan Ukrayna hərbi aviasiya donanmasının böyük hissəsini itirib. Kiyev Qərb müttəfiqlərindən ordunu müasir qırıcılarla təmin etməyi tələb edir. Yayılan məlumatlara görə, payızda Ukrayna ordusu Amerikanın çoxməqsədli “F-16” qırıcılarını istifadəyə qəbul edəcək. Onlar üçün pilotların hazırlığına artıq başlanılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol