Hesablama Palatası “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, fermer kartlarının nağdsız hesablarında əkin subsidiya məbləğlərinin maliyyələşdirilməsindən 2020-ci ilin sonuna 7135,7 min manatının (illik icra olunmuş əkin subsidiyalarının 3,1 %-i qədər), 2021-ci ilin sonuna isə 23146,4 min manatının (illik icra olunmuş əkin subsidiyalarının 9,0 %-i qədər), 2022-ci ilin sonuna nağd hesabda 17304,7 min manatın və 26692,3 min manatın nağdız hesabda xərclənməməsi subsidiya qismində köçürülmüş vəsaitlərdən səmərəliliyin və nəticəliliyin vaxtında tam təmin edilməməsini deməyə əsas verib.
Qeyd edək ki, qanunvericilikdə subsidiyaların 2 il ərzində istifadə edilməməsi halında vəsaitin qaytarılması ilə bağlı tədbirlər müəyyən edilib.


Şərhlər