“Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılması Ukrayna əks-hücumunun planlarına dəyişikliklər edə bilər, lakin bu, Ukraynanın işğal olunmuş ərazilərini azad etmək istəyini daha da artıracaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak yerli mətbuata açıqlamasında bildirib.
“Hücum etməmək üçün heç bir seçimimiz yoxdur. Düşünürəm ki, əks-hücum planlarına düzəlişlər istənilən halda ediləcək.Lakin bu düzəlişlər həmişə genişmiqyaslı əməliyyatlar zamanı edilir. Olay prinsipial olaraq, ərazilərin işğaldan azad edilməsi sürətini daha da gücləndirəcək”, - Podolyak bildirib.
Podolyak da digər Ukrayna rəsmiləri kimi Rusiyanı Su Elektrik Stansiyasını partlatmaqda ittiham edib. Onun təqdim etdiyi ilkin məlumatlara görə, partlayışı Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı kazak briqadası həyata keçirib.
Podolyakın sözlərinə görə, Moskvanın bəndi dağıtmağa bir neçə səbəbi var idi. Rusiya hakimiyyəti bu yolla Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu ləngitmək, Ukraynanın Qərb müttəfiqlərini “qorxmaq” və həmçinin Rusiya qoşunlarının cəbhədə təşəbbüsü əlində saxladığını rus cəmiyyətinə göstərmək məqsədi güdür.
“AzPolitika.info”


Şərhlər