Ötən gün dünyanın ən böyük ammonyak boru kəmərinin atəşə tutulmasından sonra Ukrayna növbəti ekoloji fəlakətlə üz-üzə qalıb.
“AzPolitika.info” xəbər verir ki, Moskvayönlü mənbələr Kupyanskın şimalındakı Masyutivka şəhərində ammonyak tərkibli qaz buludunun görüntülərini yayımlayıb. Rəsmilər xəbərdarlıq ediblər ki, ammonyak sızması təsdiqlənərsə, bu, yaxınlıqda yaşayan hər kəs üçün ölümcül ola bilər.
Boru kəmərinə hücumla bağlı Rusiya və Ukrayna tərəfi həmişəki kimi bir-birini günahlandırıb.
Qeyd edək ki, ammonyak nitrat gübrəsinin əsas tərkib hissəsi olan zəhərli qaz hesab olunur. Ölümcül gücə malik olan ammonyak insanlarda ağciyərlərin, boğazın, burunun və gözlərin şiddətli qıcıqlanmasına səbəb ola bilir.
“AzPolitika.info”


Şərhlər
Tarix boyu dünyanı bir birine qatan ingilis “Barmaqları” olub.Bu işler Ukrayna ve Rysiyanın sonunu getirecek müharibe aparan tereflerin heç biri mğharibeden uduşku çuxa bilmez.Burda udan ancaq teşkilatçılar-Avropa ve ABŞ olacaq Eger bunlar Putini fiziki olaraq aradan götürmeseker o dünyanın sonunu getirecek emin ola bilersiniz.
Bəşəriyyət bu gün,ancaq rus vəhşiliyindən əziyyət çəkir.Xəzər dənizindən tutmuş dünya okeanlarına qədər ekologiyanı məhv edən bir ölkə varsa,o da Rusiyadır.